“Baykar” şirkəti Azərbaycan tərəfi ilə əməkdaşlığı davam etdirir.
Mələk simalı türk mühəndis dünyanın hərb elmini necə dəyişdi? – SƏLCUK BAYRAKTARIN TARİXÇƏSİ
FED.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.
O qeyd edib ki, azərbaycanlı mühəndislər “Baykar”ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərinin inkişafı üzrə çalışır.
Selçuk Bayraktar müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov və müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev ilə Azərbaycan stendində görüşüb. (Apa)