2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
"İndiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb"
FED.az xəbər verir ki, bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3.100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur", - nazir əlavə edib.