Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın “Uzavtosanoat” SC-nin rəhbəri Uluqbek Rozukulovu qəbul edib.
Azərbaycanda avtomobil istehsalı üçün qaynaq və boyama fabriklərinin - TƏMƏLİ QOYULUR
FED.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov Tvitter səhifəsində məlumat verib.
Özbəkistanın “Uzavtosanoat” SC-nin rəhbəri Uluqbek Rozukulov ilə Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının ölkələrimizin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi üçün yaratdığı imkanlar, potensial layihələr və avtomobil sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr apardıq.
"Uzavtosanoat" SC Özbəkistanda yüngül avtomobillərin və kommersiya texnikalarının istehsalçısıdır.