2020-ci ildə "Anglo Asian Mining" şirkətinin Azərbaycanda ümumi istehsal həcmi 2019-cu illə müqayisədə 16,5 faiz azalaraq qızıl ekvivalentində 69 091 unsiya təşkil edib.
Eləcə də bax: Azərbaycanda ən böyük zərər və mənfəətlə işləyən – DÖVLƏT ŞİRKƏTLƏRİ – SİYAHI
FED.az bu barədə şirkətin hesabatına istinadən məlumat verir.
Ötən il qızıl istehsalı 56,86 min unsiya təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 18 faiz azdır. Mis istehsalı 2 591 ton (17,2 faiz artım), gümüş istehsalı 122, 9 min unsiya (22,2 faiz azalma) olub.
2020-ci ildə qızıl külçə satışı ortalama qiyməti 1 unsiya üçün 1 777 dollar olmaqla 48,65 min unsiyaya bərabər olub. 2019-cu ildə bu göstərici 1 unsiya üçün 1 410 dollar olmaqla 54,1 min unsiya olub. (Trend)