Azərbaycanda mənfəət və zərərlə işləyən dövlət şirkətləri məlum olub.
FED.az xəbər verir ki, bir qədər əvvəl yaradılan Dövlət İnvestisiya Holdinqinin tərkibinə verilmiş dövlət şirkətlərinin göstəricilərinə əsasən, iri şirkətlərin bəziləri olduqca böyük zərərlə çalışır.
2019-cu ilin nəticələrinə görə, ölkədə ən böyük zərərlə işləyən dövlət şirkətləri «Dövlət Dəmir Yolları» və «Azersu»dur.
Dəmir yolu operatoru idi 225 msilyon manat xalis zərərlə başa vurublar. Yeri gəlmişkən, şirkət ötən ili də böyük zərərlə bağlamışdı. Nəticədə son iki ildə «Dövlət Dəmir Yolları»nın ümumi zərəri 600 milyon manata çatır.
«Azərsu» isə 2019-cu ili 592 milyon manant zərərlə bağlayıb. Bəzi dövlət şirkətləri isə 2019-cu ili mənfəətlə başa vurublar.
Bunlar - SOCAR, Azərbaycan Beynəlxalq Bankı və «Meliorasiya və su təsərrüfatı» ASC-dir.
3 şirkət göstəricilərini açıqlamayıb. Bunlar - «AZAL» və «Azerenerji»-dir. «AZAL»ın zərərlə işlədiyi məlumdur, amma hesabatlarını gizlətdiyinə görə, zərərin dəqiq məbləği açıqlanmır.