"A+Co” ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
«BOKT İnternetional» hesabatın böyük hissəsini gizlətdi – YARIMÇIQ HESABAT
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə "A+Co” ASC-nin xalis mənfəəti 2021-ci illə müqayisədə 11.6% azalaraq 2 milyon 45.2 min manat təşkil edib. 2021-ci ildə şirkətin xalis mənfəəti 2 milyon 314.3 min manata bərabər idi.
Hesabat dövründə, şirkətin ümumi gəlirləri 31 milyon 747.4 min manata ( illik müqayisədə 27.7% çox), əməliyyat xərcləri isə 29 milyon 578.5 min manata (illik müqayisədə 26% çox) bərabər olub.
Bu dövrdə şirkətin nağd pul vəsaitləri 5.5 dəfə azalaraq 885.5 min manata enib.
2022-ci ildə şirkətin cəmi aktivləri 9.4% və ya 6 milyon 849.7 min manat artaraq 79 milyon 524.5 min manata, cəmi öhdəlikləri isə 28% və ya 6 milyon 63.7 min manat artaraq 27 milyon 654 min manata yüksəlib.
2023-cü il yanvar ayının 1-nə "A+Co” ASC-nin cəmi kapitalı 51 milyon 870,5 min manat olub ki, bu da illik müqayisədə 1.5% və ya 785.9 min manat çoxdur.
Qeyd edək ki, "A+Co” ASC-nin əsas faaliyyəti alkoqollu və alkoqolsuz içkilərin istehsalı və satışını həyata keçirirməkdir. (Apa)