Qlobal çip satışlarında ikirəqəmli artım gözlənilir
İlk dəfə insanın beyninə çip qoyuldu – «NƏTİCƏLƏR YAXŞIDIR»
FED.az xəbər verir ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) yaydığı açıqlamada, qlobal yarımkeçirici satışlarının 2023-cü ildə 8,2 faiz azalaraq 526,8 milyard dollar olduğu qeyd edilib.
Açıqlamada 2023-cü ilin ikinci yarısında satışların artdığı, 2024-cü ildə isə dünya üzrə yarımkeçirici satışlarının 13,1% artmasının gözlənildiyi bildirilib.
Açıqlamada, Avropanın 2023-cü ildə illik artımı qeydə alan yeganə bazar olduğu və bölgədə satışların 4% artdığı qeyd edilib.
Açıqlamada, ötən il bütün digər regional bazarlarda satışların azaldığı, satışların Çində 14 faiz, Asiya-Sakit okean regionunda 10,1 faiz, Amerikada 5,2 faiz, Yaponiyada isə 3,1 faiz azaldığı bildirilib.
"Uzunmüddətli perspektiv çox güclüdür"
Açıqlamada fikirləri yer alan SİA prezidenti və baş icraçı direktoru John Neuffer qlobal yarımkeçirici satışlarının 2023-cü ilin əvvəlində yavaşladığını, lakin ilin ikinci yarısında güclü şəkildə bərpa olunduğunu və 2024-cü ildə ikirəqəmli artımın gözləndiyini bildirib.
"Yarımkeçiricilər bazarı üçün uzunmüddətli perspektiv son dərəcə güclüdür, çiplər dünyanın asılı olduğu saysız-hesabsız məhsullarda daha böyük və daha mühüm rol oynayır", - Neuffer deyib. (Marja)