Dünyanın ən varlı iş adamı olan İlon Maska məxsus Amerikanın «Neuralink» şirkəti tarixdə ilk dəfə insan beyninə implant – «çip» yerləşdirib.
FED.az xəbər verir ki, «Neuralink» şirkəti yanvarın 28-də tarixdə ilk dəfə olaraq insan beyninə implant yerləşdirib. Mask sosial media X-də ilk könüllünün əməliyyatı uğurla başa vurduğunu və cihazın performansının ümidverici olduğunu yazıb.
Şirkət keçən ilin sentyabrında beyin implantlarının implantasiyası ilə bağlı klinik sınaqlar üçün könüllüləri işə cəlb etməyə başlayıb. Neuralink-in əsas məqsədi protezləri idarə etmək və düşüncələrdən istifadə edərək kompüteri birbaşa idarə etmək üçün insan beyninə implantasiya edilə bilən çiplər hazırlamaqdır. Musk hesab edir ki, bu cür neyron interfeyslər insanlara kiborq olmağa və süni intellektə müqavimət göstərməyə kömək edəcək.
Şirkət 25 may 2023-cü ildə insanlar üzərində klinik sınaqlar keçirmək üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə alıb. Neuralink öz texnologiyalarını təkmilləşdirmək üzərində işləməyə davam edir və ümid edir ki, onlar gələcəkdə insanlara müxtəlif problemlərin öhdəsindən gəlməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəklər.