Cari ilin yanvar-iyun aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 75 milyon 464,1 min manatlıq məhsul istehsal olunub.
Ağdamda yeni şirkət - 12,4 milyon sərmayə ilə, 80 iş yeri yaradılacaq
FED.az xəbər verir ki, Qəbələ Rayon Statistika İdarəsinin verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 21 min manat və ya 13,6 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 11,1 faizi dövlət, 88,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Bildirilib ki, 6 ayda rayonda 8 milyon 609,1 min manatlıq sənaye məhsulu ixrac olunub. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 844,7 min manat artıb.
Qurumdan verilən məlumata görə, rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.
Cari ilin yanvar-iyun aylarında rayonda istehsal edilən sənaye məhsulunun 83,3 faizi emal sektorunun payına düşüb. (Azərtac)