“Qarabağ Yem Fabriki” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Qeyd edilib ki, müəssisədə quşçuluq sahəsi üzrə yüksək keyfiyyətli yem istehsalı həyata keçiriləcək.
İnvestisiya dəyəri 12,4 milyon manat olan müəssisədə 80 nəfər işlə təmin olunacaq.
İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.