Moskva Birjasının məlumatına görə, Rusiyanın qaz şirkəti "Qazprom"un səhmləri 1,7% bahalaşaraq 212,2 rubla qalxıb.
FED.az xəbər verir ki, şirkətin səhminin qiyməti 2011-ci ilin İyun ayından bu yana ən yüksək səviyyəsinə çatıb, "Qazprom"un bazar dəyəri də 5 trilyon rublu (təxminən 77 milyard dollar) səviyyəsini keçib.
"Qazprom", təxminən 5,2 trilyon rubl bazar dəyərinə malik "Sberbank"ın ardından Rusiyanın ən qiymətli şirkətləri arasında ikinci yerdədir.
Eləcə də bax: “Azərişıq” xalis mənfəətini azaldıb - HESABAT
©Marja