“Azərişıq” ASC 2018-ci ildə xalis mənfəətini 2017-ci illə müqayisədə 28,1% – 12 mln. 919 min manatadək azaldıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, cəmiyyətin 2018-ci ilə dair maliyyə hesabatına əsasən, onun gəlirləri 1 mlrd. 205,021 mln. manat (artım 2,4% – İF), satışların maya dəyəri 1 mlrd. 97,307 mln. manat (2017-ci ilin göstəricisi ilə müqayisədə artım 2%) təşkil edib.
2018-ci ildə “Azərişıq” əməliyyat fəaliyyətindən 36,824 mln. manat gəlir (azalma 16,5%) və 30,269 mln. manat vergi ödənilənədək mənfəət (azalma 31,1%) əldə edib.
Eləcə də bax: ˝Neftmaştəmir˝ 2018-də zərərə düşüb - HESABAT
Ötən il cəmiyyətin mənfəət vergisi üzrə ödənişləri 17,35 mln. manat (azalma 33,2%) məbləğində olub.
2018-ci ildə “Azərişıq” ASC-nin aktivləri 2017-ci illə müqayisədə 9,4% – 2 mlrd. 237,826 mln. manatadək artıb. Cəmiyyətin uzunmüddətli aktivləri 2 mlrd. 67,145 mln. manata (artım 14,4%), qısamüddətli aktivləri 170,681 mln. manata (azalma 28,6%) bərabərdir.
Hesabata əsasən, 1 yanvar 2019-cu il tarixinə cəmiyyətin öhdəlikləri 665,557 mln. manat (artım 26,9%) məbləğindədir.
Cari ilin əvvəlinə “Azərişıq” ASC-nin kapitalı 1 mlrd. 572,269 mln. manata (artım 3,4%) bərabərdir. 2018-ci ilin sonuna cəmiyyətin nizamnamə kapitalı 1 mlrd. 678,705 mln. manat (2018-ci ildə artım 14,9% – İF), yığılmış zərər 330,263 mln. manat (artım 34,1%) təşkil edib.