Pirallahı Sənaye Parkının rezidenti - “Absheron Saffron Ltd” MMC-nin direktoru vəzifəsinə təyinat olub.
Balaxanı Sənaye Parkında yeni şirkət - LED LAMPALAR İSTEHSAL EDƏCƏK
FED.az xəbər verir ki, bu vəzifə Fikrəd Cəfərova həvalə edilib.
Qeyd edək ki, bu ilin aprelin 12-də şirkətin direktoru vəzifəsinə Rahib Kəlbiyev gətirilmişdi.
Xatırladaq ki, “Absheron Saffron Ltd” 2016-cı ildə yaradılıb, 2019-cu ildə ona rezidentlik statusu verilib. Müəssisə Pirallahıda İtaliya və Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal edir. Şirkətin nizamnamə kapitalı 180 min 400 manat təşkil edir.(report)