alaxanı Sənaye Parkında sayca 23-cü rezident - "Zəfər işığı” MMC qeydiyyata alınıb.
Eləcə də bax: Azərbaycanda “LED” lampaların istehsalına başlanılacaq - YENİ ZAVOD, 500 İŞ YERİ
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən daxil olmuş məlumata görə, "Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur.
Layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. 1000 m2 istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaqdır.
Qeyd edək ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir. (Marja)