Bu ilin ilk 2 ayında Azərbaycandan 31 milyon 986 min dollar həcmində 23 min 827 ton pambıq lifi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon 995 min dollar və ya 33,3%, miqdar ifadəsilə isə 6 min 675 ton, başqa sözlə 38,9% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 23 milyon 991 min dollar dəyərində 17 min 152 ton pambıq lifi ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 1,34 dollar (2 manat 28 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 1,40 dollar (2 manat 38 qəpik) idi. Bu da illik müqayisədə 0,06 dollar (0,10 manat) və ya 4,3% ucuzlaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 0,87%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,51%-i pambıq lifinin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,50% və 4,95% olmuşdu.












