Özbəkistanın “Havas Holding” və Azərbaycanın "RJ CHEMICAL CO" şirkəti tərəfdaşlığa dair sənəd imzalayıb.
FED.az xəbər verir ki, sənəd məişət məhsulları (kimya) istehsalı və satışını nəzərdə tutur.
Həmçinin Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyası ilə Azərbaycanın "STP Global Cable" şirkəti arasında yüksək gərginlikli kabellər istehsalı layihəsi üzrə əməkdaşlığa dair sənədlər imzalanıb.