2021-ci ildə ilk dəfə olaraq Özbəkistan zavodu Hacıqabul Sənaye Məhəlləsində fəaliyyətə başlayıb.
Hacıqabulda yaradılacaq yeni müəssisədə 1200 nəfər işlə - TƏMİN EDİLƏCƏK
Özbəkistanda məşhur elektromobillərin istehsalı başlayır – İLDƏ 300 MİN MAŞIN
FED.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Bakı Dövlət Universitetində Azərbaycanda Özbəkistanın Elm və Mədəniyyət günlərinə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, zavod hazırda böyük tələbat doğuran 6 növ avtomobil istehsal edir.
“Bura Onyx, Cobalt və digər modellər daxildir. İşə başlayan zaman ilk mərhələ olaraq böyük hissələrin yığılmasına başlanılıb. Hazırda isə yerli istehsalın həcmini artırmağa yönələn işlər aparırıq, məqsədimiz avtomobil istehsalı üçün lazım olan ehtiyat hissələrinin 30 faizə qədərini Azərbaycanda istehsal etməkdir”.
Səfir növbəti mərhələlərdə isə bunu daha da artırmaq niyyətinin olduğunu deyib.
“Azərbaycanda il ərzində Özbəkistan zavodu və yerli müəssisələrin qarşılıqlı əməkdaşlığı nəticəsində istehsal olunacaq avtomobillərin sayını 30 minə çatdırmaq istəyirik. Bunun üçün yeni sexlərin tikilməsi artıq nəzərdə tutulub. Biz yerli istehsalın artırılması və Hacıqabuldakı zavodun ətrafında orta və kiçik müəssisələrin yaradılması üzərində işləyirik. Azərbaycanın İqtisadiyyat Nazirliyi və İqtisadi Zonaların İnkişafı Agentliyi ilə birgə çalışırıq. Biz təkcə maşınqayırma sahəsində deyil, həmçinin elektrik avadanlıqlarının istehsalı sferasında da birgə əməkdaşlıq etmək istəyərdik, çünki bizim tekstil, pambıqçılıq və digər müxtəlif sahələri əhatə edən xeyli sayda layihələrimiz var və nazirliklə, təşkilatlarla, maraq göstərən qurumlarla birgə nəzərdən keçiririk. Özbəkistandan olan investorları Azərbaycana və sizin ölkənizin investorlarını Özbəkistana dəvət edirik. Burada bizə iki ölkə liderlərinin təşəbbüsü əsasında qurulan 500 milyon dollar kapitalı olan İnvestisiya Fondu da çox kömək edir. Həmin fonda həm Özbəkistan həm Azərbaycan sahibkarları öz layihələrinin maliyyələşdirilməsinə dəstək üçün müraciət edib, layihələrini təqdim edə bilərlər”, - o deyib. (Apa)