Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.
Hacıqabul Sənaye Məhəlləsində yeni müəssisə - 1500 YENİ İŞ YERİ AÇILIR
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq və 1200 nəfər işlə təmin ediləcək.