Neftçala Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bugünədək 46,12 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 14,4 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur.
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına yatırılan investisiyanın həcmi açıqlanıb
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatdan çox məhsul istehsal edilib, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür. 2024-cü ilin 9 ayında isə Sənaye Məhəlləsində 30 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Bugünədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 46,2 milyon manat investisiya yatırılıb, 290-a yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.