Banner

Sənaye

Neft Fondu “AzerGold”dan 1,7 ton qızıl alacaq

Neft Fondu “AzerGold”dan 1,7 ton qızıl alacaq | FED.az
13:32 13 Fev 2019

“AzerGold” QSC bu il Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 55 min unsiya (1,7 ton) qızıl satmağı planlaşdırır.

FED.az xəbər verir ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Eləcə də bax: HR-lar üçün bəd xəbər: Əmək müqaviləsi ilə bağlı istinad etdikləri - BOŞLUQ "DOLDURULUR"

O qeyd edib ki, satış siyasəti ilin əvvəlində müvafiq dövlət qurumlarına fondun qızıla olan tələbatı barədə müraciət edilərək cavaba uyğun olaraq həyata keçirilir.

“Bu il Neft Fondu qızıl almaq niyyətini bildirib. Biz bu il 55 min unsiya qızıl hasil etməyi planlaşdırırıq. ARDNF hasil edilən bütün bu həcmləri almağa hazırdır”,- “AzerGold” sədri bildirib.

Qeyd edək ki, ARDNF ötən ildən “AzerGold”dan qızıl almağa başlayıb (@report).

Digər xəbərlər

Banner