“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ASC-nin təşkilati-hüquqi forması MMC-yə dəyişdirilib.
Eləcə də bax: DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri - DƏYİŞDİRİLİB
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iyulun 21-də sərəncam verib.
Bundan başqa, sərəncama əsasən, şirkətin nizamnamə kapitalı 4,155 milyon manat və yaxud 35,5% artırılaraq 11,855 milyon manatdan 16,061 milyon manata çatdırılıb.
Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb. (Report)