Bu ay Bakı Şəhər İcra Hakimyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən alınaraq Daxili İşlər Nazirliyinə verilmiş “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin adı və rəhbəri dəyişdirilib.
Eləcə də bax: “Bank of Baku”nun İdarə Heyətinə - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, şirkət bundan sonra “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” adı altında fəaliyyət göstərəcək.
Ona rəhbərlik isə Aqşin Həbibovdan Rauf Mirqulamova keçib. O, bundan əvvəl "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi olub.
Yeni şirkət 107,7 FM tezliyində fəaliyyət göstərən "Avto FM" radiosunun idarə edilməsi ilə məşğul olacaq. (Report)