Amerikanın ən böyük aviadaşıyıcılarından biri olan United Airlines, son yoxlamalar zamanı özünün Boeing 737 MAX 9 təyyarəsinin qapılarında boş boltlar aşkar edib.
"Turkish Airlines" “Boeing 737 MAX 9” təyyarələrinin istismarını - DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi vəziyyətlə tanış olan mənbələrə istinadən "Air Current" nəşri yazır.
Həmsöhbətlərin sözlərinə görə, bu modelin ən azı beş təyyarəsində bu tip nasazlıqlar aşkar edilib.
Keçən həftə uçuş zamanı Boeing 737 MAX 9 təyyarəsinin gövdəsinin bir hissəsinin qopmasından sonra ABŞ Federal Aviasiya İdarəsi təcili yoxlamalar üçün təyyarənin 171-ni yerə endirməyi əmr edib.
Təyyarəsində fövqəladə hadisə baş verən Alyaska Hava Yolları, Boeing 737 MAX 9 təyyarələrinin hamısının (65 ədəd) fəaliyyətini dayandıran ilk şirkət olub. (Marja)