““İmprotex” şirkəti Azərbaycanda minatəmizləmə üçün yeni texnika hazırlayıb. Qiyməti də digər ölkələrə nisbətən 25 faiz ucuzdur”.
Eləcə də bax: Azərbaycan Türkiyə ilə birgə bomba - HAZIRLAYIB
FED.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
Onun sözlərinə görə, artıq şirkətin hazırladığı avadanlıqlar Qarabağda sınaqdan keçirilib: “Mənfur qonşularımız tərəfindən ərazilərimizin böyük hissəsi minalanıb. Onların verdiyi xəritələrin isə 25 faizi düzdür, qalanı isə yalandır. Heç özləri də bilmirlər ki, minaları hara basdırıblar. Minatəmizləmə ilə bağlı hazırda aktiv işlər aparılır”. (Report)