Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin ASELSAN şirkətinin birgə layihəsi əsasında 250 kq çəkisi olan “QFAB-250 LG” HE bombası hazırlanıb.
Eləcə də bax: Azərbaycan 1000 addan artıq silah-sursat növü - İSTEHSAL EDİR
FED.az xəbər verir ki, 250 kq qəlpəli-fuqaslı Avia Bomba daha dəqiq nişan almaya malikdir. O, hərbi texnikanı, qurğuları, hərbi sənaye və energetika obyektlərini, nəqliyyat vasitələrini, aerodromdakı təyyarələri, anbarları, körpüləri, canlı qüvvəni və düşmənin digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub. (Apa)