Azərbaycanda işlənmiş yağların emalı ilə məşğul olan, yəni işlənmiş yağdan yağ istehsal edən «Exol Azərbaycan» şirkəti ötən il maya dəyəri 3,5 milyon manata başa gələn yağları 6,2 milyon mianata sataraq 2,4 milyon manat qazanıb.
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, bu rəqəmlər şirkətin 2024-cü il üzrə açıqladığı maliyyə nəticələrində göstərilir.
Hesabata əsasən ötən il şirkətin cəmi əməliyyat gəlirləri, yəni satışdan daxil olmaları 6 milyon 151 min manat təşkil edib. Satışın maya dəyəri isə 3 milyon 547 min manat olub.
Bu xərclərdən sonra şirkətə 2 milyon 604 min manat ümumi mənfəət qalıb.
Başqa sözlə, ötən il «Exol Azərbaycan»ın məhsulların satışı üzrə satış marjası 73% təşkil edib.
Qeyd edək ki, şirkət artıq bir neçə ildir ki, məhsullarını belə böyük satış marjası ilə reallaşdırır və bu göstərici ildən ilə artır. Belə ki, 2021-ci ildə «Exol Azərbaycan» maya dəyəri 4,2 milyon olan məhsullarını 6,4 milyon manata (satış marjası 52%), 2022-cü ildə maya dəyəri 4,4 milyon manat olan məhsullarını 7,2 milyon manata (satış marjası 63%) satmışdı.
2023-cü ildə isə «Exol Azərbaycan»ın satdığı məhsulların mayı dəyəri 3,7 milyon manat, onların satış qiyməti 6,2 milyon manat olmuş, yəni satış marjası 67% təşkil etmişdi.
2023-cü illə müqayisədə şirkətin satışları 36 min manat (0,6%) azalsa da, maya dəyərinin daha çox (146 min manat və ya 4%) azalması nəticəsində ümumi mənfəət 110 min manat (4,4%) artıb.
Hesabat dövründə şirkətin inzibati xərcləri 19 min manat (10%) azalaraq 169 min manata düşüb. Sair maliyyə xərcləri isə 5,4 dəfə azalaraq cəmi 41 min manat təşkil edib.
Nəticədə 2024-cü ildə «Exol Azərbaycan»ın əməliyyat mənfəəti illik müqayisədə 306 min manat (14,7%) artaraq 2,4 milyon manata yüksəlib.
«Exol Azərbaycan» QSC 2024-cü ili ümumilikdə 2 milyon 381 min manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 303 min manat (14,6%) çoxdur.
«Exol Azərbaycan»ın mənfəti elə yüksək olub ki. bu rəqəm şirkətin ölçülərini – aktivlərinin həcmini də üstələyib.
Belə ki, «Exol Azərbaycan» QSC ötən il 2 milyon 164 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində demək olar dəyişməyib - 16 min manat və ya 0,7% artıb.
Ötən il şirkət təqribən 400 min manat əlavə borc alıb və bu göstərici onun öhdəliklərinin həcmini 387 min manat (27%) artıraraq 1,8 milyon manata çatdırıb. Balans kapitalı isə 2 dəfə azalaraq 359 min manata enib.
Xatırlaaq ki, «Exol Azerbaijan» şirkəti Balaxanı Sənaye Məhəlləsinin rezidentidir, işlənmiş yağların emalı ilə məşğul olur. «Exol Azerbaijan» şiruəti həm də Böyük Britaniyanın sürtkü yağları şirkəti olan «Exol Lubricants» şirkətinin Azərbaycandakı təmsilçisidir.