“Azmer Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
Sənaye və texnologiyalar parkının rezidenti üçün – VERGİ GÜZƏŞTİ NƏYƏ AİDDİR VƏ NƏ VAXT İŞƏ DÜŞÜR?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, investisiya dəyəri 1,3 milyon manat təşkil edən layihə çərçivəsində aqrar sahədə istifadə olunan plastik taralar istehsal ediləcək.
Masallı Sənaye Məhəlləsində hazırda 10 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 400-ə yaxın daimi iş yeri yaradılıb.










