Kanadanın qızıl mədən şirkəti “Kinross Gold” Rusiyadakı aktivlərinin 100%-ni satmağı planlaşdırır.
Eləcə də bax: Ən böyük zərgərlik brendi – RUS BRİLYANTLARINDAN İMTİNA ETDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc etdiyi bəyanatda deyilir.
“Şirkət Rusiyadakı aktivlərinin satışı üzrə plan hazırlayır. Qeyd edək ki, “Kinross” Rusiya biznesi ilə bağlı bir sıra arzuolunmaz təkliflər alıb və hazırda ölkədəki aktivlərin 100%-nin satışı məqsədilə üçüncü tərəf mədən şirkəti ilə müzakirələr aparır”, – deyə mesajda bildirilir.
“Kinross” – ABŞ, Braziliya, Rusiya, Mavritaniya, Çili, Qana və Kanadada mədənləri və layihələri olan böyük şirkətdir.
Rusiyada o, Çukotka yataqlarında, o cümlədən Xabarovsk şəhərində layihələr aparır. Şirkətin Rusiyadakı müəssisələrində 2 min nəfər çalışır.