Rusiyanın “Kalaşnikov” konserni ötən il silah istehsalını əvvəlki illərlə müqayisədə 40 faiz artıraraq son 20 ilin rekord nəticəsini göstərib.
FED.az xəbər verir ki, bu barədə məlumatı konsernin mətbuat xidməti yayıb.
Konsern dövlət sifarişləri üzrə 45 müqavilə və 24 hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb.
"Müəssisənin tarixində bu müqavilələr ən böyük göstəricidir", - konserndən əlavə edilib. (Apa)