Ağdam Sənaye Parkının ərazisinin 60 %-i dolub.
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına yatırılan investisiyanın həcmi açıqlanıb
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Biznes layihələrin təhlili şöbəsinin rəhbəri Aqşin İbişsoy Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
"Bu sənaye parkına maraq böyükdür. Gələn il orada yer qalmayacaq", - deyə o qeyd edib.
Agentlik rəsmisi həmçinin deyib ki, bu günlərdə Ağdam Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayıb: "Həmin müəssisələr Parka ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırıb, ilkin mərhələdə 150-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə iş yerlərinin sayının 456-ya çatdırılması nəzərdə tutulur". (Report)