“Göyçay süd” Açıq Səhmdar Cəmiyyəti (ASC) işğaldan azad edilmiş ərazilərdə dövlətin dəstəyi ilə yeni süd məhsulları istehsalı müəssisəsi açmağı planlaşdırır.
20 milyon manat ayırılacaq, 250 yeni iş yeri açılacaq - BAKI YAXINLIĞINDA YENİ MÜƏSSİSƏ
FED.az xəbər verir ki, bunu ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Soltan Mustafalı deyib.
Onun sözlərinə görə, 70-80 yeni iş yerinin yaradılacağı müəssisə Laçın və ya Kəlbəcərdə açıla bilər: “Hazırda Azərbaycanda süd çatışmazlığı var. İşğaldan azad edilmiş ərazilərdə 4-5 böyük ferma tikiləcək. Hesab edirəm ki, yeni layihələrin reallaşması bizim üçün çox sərfəli olacaq”.
S.Mustafalı bildirib ki, yeni zavodun açılması üçün ilkin olaraq 5-8 milyon manat sərmayə tələb olunur: “Vəsaitin məbləği tam bilinmir, çünki zavodun hansı bölgədə olacağını, hansı məhsulu istehsal edəcəyimizi dəqiq müəyyən etməliyik. Bu müəssisəni açarkən süd və pendirin istehsalı ilə bağlı da yenilik etmək istəyirik. Azərbaycanda ərimiş pendir istehsal edilmir, bunu ilk olaraq biz reallaşdırmaq istəyirik. Bundan əlavə, türkiyəli ortaqlarımızla birlikdə dondurma müəssisəsi açmaq niyyətimiz var”.
S.Mustafalı əlavə edib ki, bazara süd məhsullarından başqa meyvə şirələri də çıxaran “Göyçay süd” bu ilin sonuna kimi istehsalının həcmini 20 faiz artırmağı planlaşdırır. Bu hədəfə çatmaq üçün Sahibkarlığın İnkişafı Fondundan 2 milyon manat kredit almaq nəzərdə tutulur. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)