Türkiyə şirkəti əvvəl Almaniyada, sonra Rumıniyada fabrik alıb.
Eləcə də bax: Azərbaycan şirkəti İsrail və İspaniyaya şüşə ixracına - Başlayıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Türkiyə KİV-nin məlumatına görə, 2020 -ci ilin mart ayında Almaniyada iflas edən şirkəti satın alan Akçelik şirkəti, fabriki 7 ay ərzində Avropanın qabaqcıl parlaq polad istehsalçılarından birinə çevirib. Daha sonra şirkət xaricdəki investisiyalarına yenisini əlavə edib.
Belə ki, “Akçelik”in baş meneceri Yavuz Kılıç, Rumıniyada borular istehsal edən “Tristar Steel” şirkətini satın aldığını bildirib. O, şirkətin illik istehsal gücünün 3.5 milyon metrə malik olduğunu bildirib.