Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC ilk dəfə olaraq İsrail və İspaniyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb.
Eləcə də bax: Azərbaycanda əlil arabaları - İstehsal Olunacaq
FED.az Banker.az-a istinadən xəbər verir ki, bundan əvvəl “Azerfloat” QSC Türkiyə, Rusiya, Polşa, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukraynaya məhsul ixrac edib.
Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.