Hacıqabul Sənaye Parkının yeni qeydiyyata alınan rezidenti tərəfindən 1,4 milyon manatdan çox investisiya yatırılacaq.
Azərbaycanda ilk dəfə smart televizorlar buraxılacaq - 3,5 MİLYONLUQ LAYİHƏ
FED.az xəbər verir ki, “Agas Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulması planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə Sənaye Parkının enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək.
İnvestisiya dəyəri 1,4 milyon manat olan layihə çərçivəsində 5 nəfər daimi işlə təmin olunacaq.