"Taube Electronics" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
Hacıqabul Sənaye Parkında yeni şirkət - Nar şirəsinin istehsalı zavodu qurulacaq
FED.az xəbər verir ki, şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq smart televizorların istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq.
Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. 200 hektar ərazini əhatə edən Sənaye Parkında hazırda 17 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək Parkda görülmüş işlərə 30 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.