Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Sahibkarlığın İnkişafı Fondu Ağdaşdakı istehsal müəssisəsinə, «A.K.S.» MMC-nin Ağdaşda icra ediləcək plastik məmulatların istehsalı layihəsinə 300 min manat güzəştli kredit ayırıb.
FED.az xatırladır ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özü məlumat verib.
Ağdaşda plastik məmulatların istehsalına - GÜZƏŞTLİ KREDİT AYRILIB
Qeyd edək ki, “A.K.S.” MMC cəmi 5 il əvvəl, 2018-ci ildə yaranıb, əvvəlcə işə dəmir və plastik məmulatların ticarəti ilə məşğul olub. 2019-cu ildən isə dəmir avadanlıqların istehsalına başlayıb. Şirkətin sahibi Azər Kərimov FED.az-a bildirir ki, dəmir məmulatlar dedikdə, «A.K.S.» plastik qapı-pəncərələr üçün metal aksessuarlar isthsal edib.
Bu məqsədlə 3 il əvvəl şirkət Sahibkarlığın İnkişafı Fondundan 100 min manat güzəştli alıb.
Hazırda həmin istehsal davam, amma bir qədər əvvəl şirkət 2-ci layihəyə - plastik məmulatların isthsalına başlayıb. Söhbət plastik qapı pəncərə istehsalı üçün plastik proillərin istehsalından gedir.
Yeni layihə üçün «A.K.S.» şirkəti dai mi müştərisi olduğu «Accessbank»ın köməyi ilə Sahibkarlığın İnkişafı Fondundan daha 300 min manat güzəştli kredit götürüb.
Profil istehsalı da Ağdaşda qurulacaq, Azər Kərimov bildirir ki, şirkət bu sahədə yeni deyil və əvvəl onun tickrəti ilə məşğul olub: «Əvvəllər istehsalçı şirkətlərdən alıb-satırdıq, indi özümüz istehsal edib satacağıq».
Yani layihə üzrə istehal gücü ayda 150 tondur, bu ayda təqribən 150 min metrlik profil deməkdir.
Müəssisədə işçi sayı çox deyil – cəmi 7 nəfər, çünki işlər avtomatlaşdırılıb və dəzgahlarla aparılır.
A.Kərimovun sözlərinə görə, «A.K.S.»in məhsulları ən çox yerli bazarda satılır – tikinti şirətləri və MTK-lara. Ggələcək də isə müəssisənin məhsullarının Gürcüstan və MDB ölkələrinə də satmaq planlaşdırılır.
Şirkət rəhbərinin sözlərinə görə, bölgədə istehsal qurulmasının öz üstünlükləri var. Əvvəla, Ağdaş rayonu Bakıdan fərqli olarq ödkənin təqribən mərkəzində yerləşir və buradan bütün bölgələrə mal göndərmək daha ucuz başa gəlir: «Bakıdan uzaq rayonlara mal göndərmək daha böyük maliyyə tələb edir».
Bölgədə açılan müəssiələr üçün işçilərlə bağlı da üstünlüklər var. Əvvəla burada işçi tapmaq Bakıya nisbətən asandır: «Digər tərəfdən Bakıda işçilər üçün daha yüksək əmək haqqı tələb olunur, bölgədə isə normal əmək haqqı ilə işçi tapmaq daha asandı».
Məhsullarımız Türkiyə məhsulundan keyfiyyətlidir
Azər Kərimovun sözlərinə görə, «A.K.S.» şirkəti yeni yaransa da, bazarda rəqabətə davam gətirəcək və yer tuta biləcək, buna məhsulun keyfiyyəti imkan verir. İstehsalı qurmaq üçün Çindən müasir avadanlıqlar gətirilib: «Bizim avadanlıqlar yenidir, Çindən gətirilib. Demək olar ki, indiki vəziyyətdə ən müasir avadanlıqları gətirmişik. Avadanlıqları quraşdırmaq üçün Çindən mütəxəssislər də gəliblər. Ona görə də keyfiyyətli məhsullar buraxılacaq».
Azər Kərimovun sözlərinə görə, indiyədək formalaşmış fikirlərdən fərqli olaraq Türkiyədən gətirilən məhsullar heç də həmişə keyfiyyəti olmurlar: «türkiyədə keyfiyyətli məhsullar çoxdur, sadəcə idxalçı şirkətlər çalışıb daha ucuz məhsul gətirirlər, bu da özünü dərhal daha keyfiyyətdə göstərir, bura keyfiyyətsiz məhsullar gətirilirdi».
Şirkət bazara təkcə keyfiyyətlə deyil, qnisbətən aşağı qiymətlə də daxil olmaq niyyətindəyir – «biz satış qiyməti müəyyən edəndə marja aşağı olaraq işləyəcəyik, bazarda yer tutmaq üçün».
Azər Kərimov bildirir ki, güzəştli kredit almaq prosesi çətin olmayıb, ilk dəfə 100 min manatlıq kredit «Ziraat Bank» vasitəsilə götürülüb. İkinci kredit isə şirkətin 10 ildir əməkdaşlıq etdiyi «Accessbank» vasitəsilə götürülüb: «İndi isə 300 min manatlıq krediti «Access bank» vasitəsilə aldıq, çətin olmadı, girovu qoyub krediti götürdük».
Bununla yanaşı, iş adamı sahibkarların işini asanlaşdırmaq üçün güzəştli kreditlər veriləndə girov məsələsini sadələşdirməyi təklif edir. «Təklif edərdim ki, girov məsəəsi asanlaşsın ki, iş görmək istəyən adamlara çətin olmasın».
Sahibkar təklif edir ki, ölkəyə gətrilən makinaların özünü girov qoymaq mümkün olsun: «Ola bilər sahibkkarın girov qoymaq üçün əmlakı olmasın, amma makinanı girov qoymaq işi asanlaşdıra bilər».
«A.K.S.» şirkəti güzəştli krediti illik 5%-lə, 30 aylıq müddətə götürüb. Amma iş adamının fikrincə, güzəşt müddətini olması daha yaxşı olardı. «Biz banka və Sahibkarlığın inkişafı Fonduna müraciət etmişik ki, bizə müəyyən qədər güzəşt müddəti verilsin».