Gürcüstanın “IDS Borjomi” şirkətinin iki zavodunda istehsal prosesi dayanıb.
Eləcə də bax: Azərbaycan Gürcüstandan şərab idxalını - Kəskin Artırıb
FED.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, istehsalın dayanmasına zavod işçilərinin 3 gündür davam edən tətili səbəb olub. Şirkət rəhbərliyi tətili qeyri-qanuni adlandırıb və işçilərini təxribatda ittiham edib.
Məlumatda qeyd olunub ki, tətil edən işçilərin bəziləri yük və digər maşınların zavod ərazisinə daxil olmalarına maneələr yaradırlar və bu cür təxribatlara son qoyulmayana qədər zavodların fəaliyyəti bərpa edilməyəcək.
Qeyd edək ki, “Borjomi” mineral sularının istehsalı zavodunun işçiləri iş şəraitinin yaxşılaşdırılması və əməkhaqlarının artırılmasını tələb edirlər. Mayın 18-də şirkət rəhbərliyi ilə aparılan danışıqlarda razılıq əldə olunmayıb və etiraz aksiyası davam edir. (Azərtac)