İqtisadiyyat

Azərbaycan Gürcüstandan şərab idxalını - Kəskin Artırıb

Azərbaycan Gürcüstandan şərab idxalını - Kəskin Artırıb | FED.az
11:16 14 May 2021

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan 55 ölkəyə 28,3 milyon şüşə şərab ixrac olunub.

Eləcə də bax: Azərbaycan Gürcüstandan yumurta idxalını - 70%-ə Yaxın Artırıb

FED.az xəbər verir ki, bu barədə ölkənin Milli Şərab Agentliyindən bildirilib.

İllik müqayisədə ixracın həcmi 15 % artıb. İxracdan əldə olunan gəlir isə ötən ilin eyni dövrünə nisbətdə 7 % artaraq 65 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 112 025 şüşə şərab idxal edib. Bu, illik müqayisədə 113 % çoxdur.

İlk 4 ayda gürcü şərabının əsas idxalçıları Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan olub. (Report)

Banner
Banner

Digər xəbərlər