Gürcüstan Amerikanın M4 avtomatlarının istehsalına başlayır. Bu silahlar Gürcstan ordusunun istifadəsinə veriləcək və gələcəkdə ixrac ediləcək.
Eləcə də bax: Gürcüstanda "Borjomi” zavodları - Fəaliyyətini Dayandırdı
FED.az xəbər verir ki, M4-lərin istehsalının təşkilində Gürcüstana İsrail kömək edəcək
Gürcüstan Silahlı Qüvvələri, eləcə də dünya silah satışı bazarına daxil olmaq üçün yeni silahlar istehsal etmək niyyətindədir. Bunun üçün Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzində Gürcüstan-İsrail birgə müəssisəsi yaradılacaq.
Müdafəi Nazirliyinin məlumatına görə, gələcəkdə bu müəssisənin funksionallığının artırılması və burada fərqli silahların və aksessuarların imtehsalı planlaşdırılır.
İstehsal olunan silahlar yerli ordunun silahlandırılması ilə yanaşı, həm də ixrac olunacaq.
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib ki, «Delta» mərkəzində müxtəlif növ, o cümlədən zərbə pilotsuz uçuş aparatlarının istehsalı da planlaşdırılır.
Hazırda bununla bağlı Polşa və Cənubi Afrika Respublikası ilə danışıqlar aparılır. Bu barədə sənəd ilin sonunadək imzalanacaq, 2002-ci ildə isə uçuş aparatlarının istehsalına başlanacaq.
Bundan başqa, Gürcüstan NATO istehsalı zərbə və kəşfiyyat uçuş aparatları almaq niyyətindədir. Paralel olaraq ölkənin həva Hücumundan müdafiə qüvvələri də gücləndirilir. İsrailin Rafael şirkət ilin sonunadək Gürcüstana yeni təkmilləşdirilmiş HHM qurğuları göndərəcək.
Xatırlaaq ki, Gürcüstan öz ordusunu NATO standartlarına keçirir. Gürcü ordusunun M; avtomatları ilə silahlandırılmasına ötən ioin yayından başlanıb. Bundan başqa, gürcü ordusu iri kalibrli M» pulemyotları və Mk 19 avtomatik qumbaraatanları da alır.