“Gilan Holding” MMC-nin törəmələrindən biri “Gilan Seramik” MMC-nin nizamnamə kapitalı artırılıb.
"Gəncə avtomobil zavodu"nun istehsal etdiyi məhsulun dəyəri - 1,8 DƏFƏ ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Gilan Seramik Zavodu, yaxud hüquqi adı ilə “Gilan Seramik” MMC-nin nizamnamə kapitalı 4 837 452 manat, yaxud 12% artırılıb.
Bununla da onun nizamnamə kapitalı 45 172 711 manata çatdırılıb.
Xatlrladaq ki, “Gilan Seramik”in kapitalı sonuncu dəfə avqustda 11 dəfədən çox artımla 40 335 259 manata çatdırılmışdı.
“Gilan Seramik” MMC 2006-cı ildə təsis edilsə də, Zavod özü 2009-cu ildə inşa edilib. Zavodun yaradılmasına 40.2 milyon manat investisiya yatırılıb və o, İtaliyanın “Sacmi“ şirkətinin müasir innovativ avadanlıqları ilə təchiz edilib.