“Gilan Holding”in Qəbələki şirkətinin nizamnamə kapitalı artırılır.
Eləcə də bax: “Gilan” brendindən imtina edən törəmə şirkətlərin sayı - 10-u KEÇDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin nizamnamə kapitalı 100 000 manat, yaxud 26.5% artırılıb.
Şirkətin nizamnamə kapitalı 477 340 manata yüksəldilib.
“Gilan Qəbələ Konserv Zavodu” 21 iyun 2007-ci ildə yaradılıb. Gilan Qəbələ Konserv Zavodunun istehsal etdiyi əsas məhsullar “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında satılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur.