Daha üç şirkət “Gilan” brendindən imtina etdi.
Eləcə də bax: “Gilan” brendi ilə olan şirkətlər - ABA-ya Çevrilir
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Gilan Hospitality-Lənkəran” MMC adını dəyişdirməklə “ABA HL” MMC-yə, “Gilan Hospitality-Qəbələ” MMC “ABA HQ” MMC-yə və “Gilan Keysinq” MMC isə “GQ KYS” MMC-yə çevrilib.
Sentyabrın sonları “Gilan Agricultural Internatıonal” MMC adını “ABA Aİ” MMC-yə, “Gilan Hospitality-Bakı” MMC adını “ABA HB” MMC-yə və “GİLAN LOGİSTİCS GROUP” MMC isə adını “ABA Logistics Group” MMC-yə, “Gilan Cotton and Grain” MMC adını “ABA CG” MMC-yə, “Gilan Trading” MMC adını “ABA Trading-123” MMC-yə və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC-yə çevirmişdi.
Hazırkı və 20 gün öncəki adları çəkilən şirkətlər Bakı Şəhəri Xətai Rayonu, Babək pr., ev 8, məh. 1130/1133, m. 70 hüquqi ünvanında qeydiyyatdadırlar.
Rebrendinq edən yeni üç şirkətin də nizamnamə kapitalı 10 manat olmaqla bir fiziki şəxsin – Günel Qafarova Vilayət qızı qanuni təmsilçiliyinə keçib.
Bu 2021-ci ilin əvvəlində “Gilan Constraction” MMC adını dəyişməklə “Core Constraction” MMC-yə və ən əsası isə may ayında Gilan Dəri Zavodu (“Gilan Dəri” MMC) rebrendinq edərək “A.C.E Dəri” MMC-yə çevrilmişdilər.
Qeyd edək ki, adıçəkilənlərin bir neçəsi “Gilan Holding” MMC ilə eyni – Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466 ünvanına qeydiyyata alınmışdılar.