Bu il ölkədə daha bir sənaye parkının Gəncə şəhərində yaradılması nəzərdə tutulur.
Gəncədə sənayenin vəziyyəti haqqında - MƏLUMATLAR AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 16 fevral tarixində keçirilən mətbuat konfransında bildirib.
O çıxışında əlavə edib ki, "Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkının yerləşəcəyi ərazinin, prioritet istiqamətlərinin və s. məsələlərin dəqiqləşdirilməsi istiqamətində işlər görülür. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi metallurgiya klasterinin yaradılması, avtomobil sənayesinin daha da inkişafı ilə lokalizasiyanın artırılması, tikinti materialları sənayesinin (kərpic, keramika, çınqıl və qum, üzlük daşı və s.), yüngül sənayenin (o cümlədən, xalça, gön-dəri, toxuculuq və s.), qida sənayesinin (meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, quşçuluq, süd və ət məhsulları, qurudulmuş və dondurulmuş meyvə, günəbaxan yağı istehsalı və s.), yeni logistika və ticarət mərkəzlərinin yaradılması və s. sahələrin müəyyənləşdirilməsi nəzərdə tutulur."