2023-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində 64,5 ha əkin (ondan 29,0 hektar dənlilər və dənli paxlalı bitkilər, 34,5 hektar tərəvəz bitkiləri, 1 hektar yem bitkiləri) aparılıb.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
2024-cü il yanvar ayının 1-nə kimi tarlalardan 61,1 ton dənlilər və dənli paxlalı bitkilər, 146,2 ton tərəvəz, 28,8 ton yonca, 894,6 ton meyvə və giləmeyvə, 427,2 ton üzüm toplanıb. 2024-cü ilin yanvar ayının 1-i vəziyyətinə təsərrüfatlarda 748 baş iribuynuzlu mal-qara (ondan 308 baş inək və camış), 1184 baş qoyun və keçi, 38 baş donuz mövcud olub.
Gəncə şəhərində 2023-cü ilin yanvar-dekabr aylarında heyvandarlıq bölməsində 172,0 ton ət diri çəkidə, 711,3 ton süd, 1005 min ədəd yumurta, 2,9 ton yun istehsal edilib. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 105,5 ton (2,6 dəfə), yumurta istehsalı 597 min ədəd (2,5 dəfə), süd istehsalı 308,4 ton (76,5 faiz), yun istehsalı isə 0,1 ton (3,6 faiz) artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 4674,3 min manat, o cümlədən bitkiçilik məhsulları 3010,2 min manat, heyvandarlıq məhsulları 1664,1 min manat təşkil edib.