“Azərbaycan Sənaye Korporasiyası” ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir.
Eləcə də bax: Gəncədə Almaniya ilə böyük şirkət yaradılır –132 MİLYON DOLLAR SƏRMAYƏ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 mln.$ həcmində sərmayə qoyulması nəzərdə tutulur. Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminium sənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.