2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində sənaye sektorunda çalışanların orta aylıq əmək haqqı 684 manat təşkil edib.
“Gəncə Avtomobil Zavodu” Belarus traktorlarının istehsalını ildə - 1 Min Ədədə Qədər Artıracaq
FED.az Gəncə Şəhər Statistika İdarəsinin məlumatına istinadən bildirir ki, hesabat dövründə şəhərdə muzdla çalışan işçilərin sayı 6 694 nəfər təşkil edib. Bunlardan 4008 nəfər dövlət sektorunda, 2686 nəfər isə qeyri-dövlət sektorunda işləyir.
Ümumilikdə sənaye sektoru üzrə orta aylıq əmək haqqı 684,1 manat təşkil edir. Özəl sektorda əmək haqları daha yüksəkdir. Belə ki, yanvar-mart ayları ərzində dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 647,2 manat, qeyri-dövlət sektorunda 739,1 manat təşkil edib.