«Gəncə Avtomobil Zavodu» QSC Belarus traktorlarının istehsalını ildə 1 min ədədə qədər artıracaq.
Gəncədə Avropa keyfiyyətli alman traktorları yığılacaq – RAZILIQ İMZALANDI
FED.az xəbər verir ki, Belarus Sənaye Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, istehsalın artırılmasına dair razılıq Belarusun sınaye nazirinin müavini Aleksandr Yefimovun ticarət-qitisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 13-cü iclasında iştirak məqsədilə Azərbaycana səfəri zamanı əldə olunub.
Xəbər verildiyi kimi, Bakıda keçirilən iqtisadi-ticarət sahəsi üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclasının yekunları üzrə “Moqilevliftmaş” ASC ilə “Ulu Göyçə” MMM (Bakı) arasında 2023-2024-cü illər üçün lift avadanlığı sahəsində Azərbaycanda yığma müəssisəsinin yaradılması üzrə “yol xəritəsi” imzalanıb.
Bundan başqa, “MAZ” ASC ilə “TURAN” (Bakı) arasında MAZ məhsullarının Azərbaycan bazarında satışı və onların servis xidmətini nəzərdə tutan diler sazişi bağlanıb.
Həmçinin, “V.İ.Kozlov adına Minsk Elektrotexnika Zavodu” ASC (Minsk) ilə“AZMETZLLC” MMC (Bakı) arasında elektrotexniki məhsulların tədarükünə dair müqavilə imzalanıb.
«Qarşılıqlı səmərəli əlaqələrin gələcəkdə inkişafına töhfə verəcək və nəinki qarşılıqlı tədarükün artırılmasına imkan yaradacaq, həm də sənaye sahəsində əməkdaşlığa yeni təkan verəcək razılaşmalar əldə olunub və qərarlar qəbul edilib», - Yefimov Azərbaycana səfərinin yekunlarını şərh edərkən bildirib. (İnterfaks-Azərbaycan)