“Pepsi Bottlers Azerbaijan”, yaxud hüquqi adı ilə “Mars Overseas Baku Ltd” Məhdud Məsuliyyətli Müəssisəsinə yeni rəhbər təyin edilib.
Eləcə də bax: «Fairmont Baku Flame Towers» otelində yeni baş menecer - TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Fuad Babayev Elçin oğlu “Pepsi Bottlers Azerbaijan”nın baş icraçı direktoru təyin edilib. O bu vəzifənin icrasına 2022-ci ilin avqustundan start verib.
F.Babayev bu vəzifədə Qabil Əhmədovu əvəzləyib. Q.Əhmədov artıq yeni vəzifədə çalışır. Belə ki, o iyulda “Veysəloğlu” MMC-nin baş icraçı direktoru təyin edilmişdi.
F.Babayev bunan öncə “PASHA Yatırım Bankası”, “Wolt Azerbaijan”, “Az PF CO” (Milla) və “SABAH.LAB”da rəhbər vəzifələrdə çalışıb. İqtisadi və Siyasi elm üzrə London məktəbində İnformasiya sistemi və rəqəmsal innovasiya ixtisası üzrə magistr dərəcəsi alıb.
“Mars Overseas Baku Ltd” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15.12 mln. manatdır. Şirkət “Pepsi”, “Mountain Dew”, “Miranda”, “7up” kimi qazlı sular, “Jalə”, “Sandra”, “Ya”, “Natura”, “Frukovy Sad”, “Zolotoy Sad” kimi meyvə şirələri, “I’m Tea” və “Lipton” kimi soyuq çay, “Aqua” və “Jalə” mineral suları istehsal edir.