“Azərxalça” ASC bu yaxınlarda Bruneydəki ticarət mərkəzlərindən birində yeni satış nöqtələrini istifadəyə verib, Avstraliyadakı müştərilərinə isə onlayn xidmət göstərməyə başlayıb.
Eləcə də bax: Türkiyə bu il 1,4 milyard dollarlıq - XALÇA SATIB
FED.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Xatina Abdullayeva məlumat verib.
O, bu barədə səhmdar cəmiyyətinin Milli Mətbuat Günü münasibəti ilə İsmayıllıdakı emalatxanasına təşkil etdiyi mediaturda danışıb.
"Yerli və xarici müştərilərdən, şirkət və fərdlərdən istənilən növdə sifarişlər qəbul edirik. Məsələn, Səudiyyə Ərəbistanından olan müştəri ənənəvi Xiləfşan xalçasını adət etdiyimiz rənglərdə deyil, fərqli formada sifariş edib. 4 ədəd 25kv öçüdə və 2 ədəd balaca ölçüdə xalça “Azərxalça”nın İsmayıllı və Kürdəmir emalatxanalarında toxunur. Sifarişin icrası sentyabrın sonuna qədər bitəcək", - deyə X.Abdullayeva qeyd edib. (Report)