Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana xalça ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azaldaraq 3,4 milyon dollara çatdırıb.
Eləcə də bax: Azərbaycan 5 ayda xaricə 124 milyon dollarlıq pambıq mahlıcı - SATIB
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Azərbaycana xalça ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 4,8 faiz azaldaraq 491 min dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1,4 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 226 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 24 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 2,9 milyard dollar məbləğində xalça ixrac edib. (Trend)